SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
Şahdağda beynəlxalq dağ xizəyi turniri yekunlaşıb

"Şahdağ"da beynəlxalq dağ xizəyi turniri yekunlaşıb

  • 10 yanvar 2026, 20:29
Qusar

Qusarda keçirilən "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub.

Azərbaycan Qış İdmanı Növləri Federasiyasından (AQNİF) Yurd.Media-ya bildirilib ki, Beynəlxalq Xizək Federasiyasının (FIS) təqviminə əsasən təşkil olunan yarışın sonuncu günündə idmançılar slalom növündə mübarizə aparıblar.

AQNİF və "Şahdağ" Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan yarışın nəticələrinə əsasən, Qazaxıstan idmançısı Kseniya Brejnaya fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qazaxıstanın digər təmsilçi Dalel Talkunova gümüş, Özbəkistan xizəkçisi Kseniya Qriqoreva isə bürünc medala sahib çıxıb.

Qeyd edək ki, turnirdə Azərbaycanla yanaşı, İsveçrə, Macarıstan, Sloveniya, Gürcüstan, Honkonq, Səudiyyə Ərəbistanı, Türkiyə, Nepal, Özbəkistan və Qazaxıstandan 25 qadın idmançı birincilik uğrunda yarışıb. Yarışda ölkəmizi dağ xizəkçisi Anastasiya Papatoma təmsil edib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları