Azərbaycan Premyer Liqasında "Sabah" "Qəbələ" üzərində qələbə qazanıb.
Yurd.Media xəbər verir ki, "Bank Respublika Arena" keçirilən qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə bitib. Qolu 28-ci dəqiqədə Stiv Solvet vurub.
18 xalı olan "Sabah" turnir cədvəlində dördüncü sırada yer alıb. "Qəbələ" 5 xalla onuncudur.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Qarabağ" "İmişli"ni (2:0), "Zirə" "Karvan-Yevlax"ı (3:2), "Neftçi" "Kəpəz"i (5:1), "Turan Tovuz" "Şamaxı"nı (2:1), "Sumqayıt" isə "Araz-Naxçıvan"ı (3:2) məğlub edib.