SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Sabah və Qarabağdan inamlı qələbə

"Sabah" və "Qarabağ"dan inamlı qələbə

  • 29 noyabr 2025, 20:51

Azərbaycan Premyer Liqasının XIII turunda daha iki oyun keçirilib

Yurd.Media xəbər verir ki, əvvəlcə "Sabah" səfərdə "İmişli" ilə qarşılaşıb.

Quba Olimpiya İdman Kompleksinin stadionunda baş tutan oyunda "bayquşlar" 3:0 hesablı qələbəyə seviniblər.

Bakı klubunun qollarını Amin Seydiyev (54) Stiv Solvet (60) və Kahim Parris (90+3) vurublar.

25 xalı olan "Sabah" turnir cədvəlində üçüncü sırada yer alıb. "İmişli" isə 15 xalla səkkizincidir.

"Qarabağ" isə doğma meydanda "Karvan-Yevlax"a qalib gəlib.

"Azərsun Arena" baş tutan matçda meydan sahibləri 2:0 hesablı qələbə qazanıblar.

Ağdam təmsilçisinin heyətində Emanuel Addai (79) və Nəriman Axundzadə (89) fərqləniblər

Bu görüşdən sonra "Qarabağ" 29 xalla turnir cədvəlinə başçılıq edir. 5 xalı olan "Karvan-Yevlax" isə sonuncu - 12-cidir.

Qeyd edək ki, turun əvvəlki görüşlərində "Zirə" "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib. "Turan-Tovuz" - "Neftçi" görüşündə isə hesab açılmayıb.

Tura noyabrın 30-da yekun vurulacaq.

Prime Leasing
SPE Annual Caspian