SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Kiberdələduzluq Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt
Ronaldo “İmişli”də

Ronaldo “İmişli”də

  • 28 iyun 2025, 23:53

Növbəti mövsüm Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “İmişli” komandası heyətinə yeni futbolçu cəlb edib.

Yurd.Media klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, eyniadlı şəhərin təmsilçisi mərkəz müdafiəçisi Ronaldo Rodriqes de Souza ilə anlaşıb.

Tərəflər arasında 1 illik müqavilə imzalanıb.

Braziliyalı futbolçu son olaraq İndoneziyanın “Borneo” klubunda çıxış edib. O, Braziliyanın U-17 millisinin də üzvü olub.

Qeyd edək ki, “İmişli” I Liqanı ikinci pillədə bitirib.

Prime Leasing