SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Qəbələ Qarabağa, Sumqayıt Araz-Naxçıvana qarşı

"Qəbələ" "Qarabağ"a, "Sumqayıt" "Araz-Naxçıvan"a qarşı

  • 09 may 2026, 10:51

Azərbaycan Premyer Liqasının 31-ci turunda bu gün daha iki qarşılaşma baş tutacaq.

Yurd.Media xəbər verir ki, əvvəlcə "Qəbələ" doğma meydanda "Qarabağ"ı qəbul edəcək.

Qəbələ şəhər stadionunda, saat 17:00-da başlayacaq görüşü İnqilab Məmmədov idarə edəcək.

Hazırda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan "Qarabağ"ın 62 xalı var. 20 xala malik "Qəbələ" isə 11-ci yerdədir.

Günün son matçı Sumqayıtda baş tutacaq. Şəhərin eyniadlı komandası "Araz-Naxçıvan"ı qəbul edəcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 19:30-da startı veriləcək oyunun baş hakimi Rəvan Həmzəzadə olacaq.

"Araz-Naxçıvan" 40 xalla turnir cədvəlinin 6-cı pilləsində yer alıb. 38 xala malik "Sumqayıt" isə hazırda yeddincidir.

Qeyd edək ki, turun ötən gün baş tutan görüşlərində "Kəpəz" son Azərbaycan çempionu "Sabah"ı (1:0) məğlub edib. "İmişli" - "Zirə" matçı isə qolsuz bərabərliklə başa çatıb.

Premyer Liqada XXXI tura mayın 10-da yekun vurulacaq.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları