SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Qəbələ 5 futbolçu ilə yollarını ayırdı

"Qəbələ" 5 futbolçu ilə yollarını ayırdı

  • 29 may 2025, 23:36

I Liqanın çempionu "Qəbələ" 5 futbolçu ilə yollarını ayırıb.

Yurd.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Premyer Liqaya vəsiqə qazanan bölgə təmsilçisi qapıçı Müşviq Nadirov, yarımmüdafiəçi Samir Həsənov və hücumçu Ruslan Voronsovla başa çatan müqavilələr uzatmayıb.

Müdafiəçi İbrahim Ramazanov və yarımmüdafiəçi Oçe Oçoveçinin icarə müddəti başa çatıb.

Qeyd edək ki, bu futbolçuların dördü 2024-cü ilin yayından, İbrahim 2025-ci ilin əvvəlindən "qırmızı-qaralar"ın formasını geyinirdi.

Prime Leasing