SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Kubok qazanmayanların mövsümü - ARAŞDIRMA

Kubok qazanmayanların mövsümü - ARAŞDIRMA

2025-ci il bir çox klublar üçün ilklərin yaşandığı il kimi yadda qaldı. Çünki bu ildə kubok üzünə həsrət və ya uzun müddətdir kubok qazanmayan klublar üçün şanslı il oldu. Bəzi klublar həsrətində olduğu kuboklara sahib çıxdı. Başlayaq İngiltərədən:

“Nyukasl Yunayted”

Onlar 70 ildən sonra tarixlərində ilk dəfə İngiltərə Liqa kubokuna sahib çıxdılar. Finalda ölkə çempionu “Liverpul”a 2-1 hesabı ilə qalib gəlməklə kubok həsrətinə son qoydular.

“Kristal Pelas”

“Kristal Pelas” ilk kubokunu 1920/21-ci ildə 3-cü liqada çempion olaraq qazanmışdır. Sonra 1978/79 və 1993/94-cu ildə 2-ci liqada çempion oldular. Ən böyük titullarını isə bu il FA Cup (İngiltərə kuboku) finalında Mançester Sitiyə Ezenin qolu sayəsində 1-0 hesabı ilə qalib gələrək qazandı.

Belçika da isə yeni çempion adını tarixə yazdirdı:

“Union Sent-Jilluaz”

12 qat Belçika çempionu olan klub tam olaraq 90 ildən sonra ölkə çempionu adına sahib çıxdı. Onlar 30 turdan sonra 3-cü pillədə olsalarda, 6-lıq sistemində keçirilən daha 10 turdan sonra 9 qələbə, 1 heç-heçə edərək möhtəşəm performans ilə 1-ci pilləyə yüksəlmiş və çempion ünvanına layiq görülmüşdür.

Tarixində ilk dəfə Uefa Çempionlar Liqasına sahib çıxan klub:

“Paris Sent-Jermen”

Fransa klubu tarixlərində ilk dəfə Çempionlar liqasının qalibi oldu. Onlar finalda İtaliya təmsilçisi “İnter”i 5-0 hesabı ilə darmadağın edərək kuboka sahib çıxdılar və trebl etmiş oldular.

Avropa liqasında qalib olan, 17 ildir kubok üzünə həsrət olan klub:

“Tottenham Hotspur”

İngiltərə təmsilçisi sonuncu kubokunu 2007/08 mövsümündə qazanmışdı. "Tottenham" ilk Avropa liqasında qalib olan klub olsa da bu sayca 3-cü Avro liqa kubokudur. İlk avropa kubokunu 1971/72-də, ikincini isə 1983/84-də qazanmışdır.

İtaliya kubokuna 51 ildir həsrət olan klubdan bəhs edək:

“Bolonya”

Bolonya sonuncu dəfə İtaliya kubokuna 1973/74-cu ildə sahib çıxmışdı. O 3-cü dəfə kuboku öz evinə apardı. İlk kubok çempionluğu isə 1969/70-ci ildə olmuşdur. Son dəfə çempionluq sevincini UEFA İntertoto kubokunda 1998/99-cu ildə qalib olmaqla yaşamışdılar.

Almaniya kubokuna 28 il sonra sahib çıxan klub isə:

“Ştutqart”

Onlar sonuncu dəfə Almaniya kubokuna 1996/97-ci ildə sahib çıxmışdılar. Bu il finalda sürpriz klub olan 3-cü Bundesliqa klubu “Arminiya”ya 4-2 hesablı qalib gələrək “DFB-Pokal” kubokuna sahib çıxdı.

Hollandiya kubokuna ilk dəfə sahib çıxan klub:

“Go Ahead Eagles”

Qartallar kubok finalında son dəqiqələrdə (əlavə edilən vaxtda) 90+9 vurulan qol ilə “AZ” Alkmaarla oyunda 1:1 hesablı bərabərliyi təmin etmiş və penaltilər seriyasında daha dəqiq olan qartallar 4-2 hesablı qələbəyə sevinmişdilər.

35 il sonra Şotlandiya kubokunun qalibi:

“Aberdin”

“Aberdin” klubu finalda son liqa çempionu “Seltik”lə 1:1 hesabı ilə heç-heçə oynasa da penaltilər də 4:3 qalib gəlməyi bacarıb və kuboku öz muzeyinə aparıb.

Xorvatiyada yeni bir çempion:

“Riyeka”

Klub ilk çempionluğunu 8 il öncə almışdı. Bu il isə yenidən çempion olaraq ikinci kuboku da öz muzeylərinə apardı və “Dinamo Zaqreb” hegemonluğuna son qoydular.

Azərbaycanda ilk dəfə kuboka sahib çıxan klub:

“Sabah”

2017-ci ildə yaranan "Bayquşlar" 8 illik tarixində ilk dəfə Azərbaycan kubokunu qazandı. Onlar finalda əlavə vaxtda vurduqları qol ilə 3-2 hesabı ilə ölkə çempionu “Qarabağ”a qalib gələrək bu ilkə imza atdılar.

İranda tarixində ilk dəfə ölkə çempionu olan klub:

“Traktor”

Güney Azərbaycan təmsilçisi olan Təbriz klubu tarixində ilk dəfə ölkə çempionu oldu və Asiya Çempionlar Liqasında mübarizə aparmağa haqq qazandı.

Rusiyada da yeni bir çempion var:

“Krasnodar”

Bizə “Sabah” FK-dan tanış olan Murad Musayevin rəhbərliyi altında olan kollektiv “Zenit” hegemonluğuna son qoyaraq, tarixində ilk dəfə Rusiya çempionu oldular.

Asiya Çempionlar Liqasının yeni qalibi:

“Əl-Əhli”

Səudi Ərəbistan təmsilçisi tarixlərində ilk dəfə Asiya Çempionlar Liqasının qalibi oldu. Eduard Mendi, Merih Demiral, Frank Kessie, Riyad Mahrez, İvan Toney  Roberto Firmino kimi Avropada məhşurlaşmış oyunçulardan qurulmuş komanda finalda Yaponiya təmsilçisi “Kavasaki”yə 2-0 qalib gəlməklə kuboku öz muzeylərinə götürüb.

Prime Leasing