SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Azərbaycan millisi səfərdə Latviya ilə qarşılaşdı

Azərbaycan millisi səfərdə Latviya ilə qarşılaşdı

  • 07 iyun 2025, 20:11

Azərbaycan milli komandası yay təlim-məşq toplanışında ilk yoxlama oyununu keçirib.

Yurd.Media xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv səfərdə Latviya yığması ilə üz-üzə gəlib.

Riqadakı “Skonto” stadionunda təşkil olunan görüş qolsuz bərabərliklə başa çatıb - 0:0. Qarşılaşmada qonaq komandanın üstünlüyünə olan yeganə məqam 3 sarı vərəqənin hamısını yerli yığmanın almasıdır.

Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu evdə Macarıstana qarşı keçirəcək. İyunun 10-da “Liv Bona Dea Arena”da təşkil olunacaq görüş saat 20:00-da start götürəcək.

Prime Leasing