Qaradağda yeni stadion tikiləcək - 3,8 milyon manatlıq layihə

Qaradağda yeni stadion tikiləcək - 3,8 milyon manatlıq layihə

Abşeron

Qaradağ rayonunun Səngəçal və Ələt qəsəbələrində mini-futbol meydançası və idman zalları tikiləcək. 

"Yurd.media" xəbər verir ki, Gənclər və İdman Nazirliyi bununla bağlı müvafiq hazırlıqları başa çatdırıb. 

Məlumata görə, nazirlik tikinti işlərinin icrasını “Modern Construction” şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb. 

Müqaviləyə əsasən, tikinti işləri 3,8 milyon manata başa gələcək.