SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Azərbaycan Premyer Liqasının ilk turunda daha 2 oyun keçirilib

Azərbaycan Premyer Liqasının ilk turunda daha 2 oyun keçirilib

  • 16 avqust 2025, 22:32

Azərbaycan Premyer Liqasının ilk turunda daha 2 oyun keçirilib.

Yurd.Media xəbər verir ki, günün ilk matçında “Turan-Tovuz” “İmişli”ni bir cavabsız qolla üstələyib. 

Günün ikinci matçında “Neftçi” “Şamaxı”nı qəbul edib.

“Neftçi Arena”da gerçəkləşən qarşılaşma heç-heçə yekunlaşıb - 1:1.

Qonaqların heyətində 23-cü dəqiqədə Karim Rossi fərqlənib. Meydan sahiblərində Emin Mahmudov 45+2-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Qeyd edək ki, ötən gün "Karvan-Yevlax" və "Qəbələ" komandaları arasında keçirilmiş açılış oyununda qalib müəyyənləşməyib - 1:1.

Turun digər qarşılaşmaları 17 və 19 avqustda keçiriləcək. "Sabah" - "Qarabağ" görüşü isə təxirə salınıb.

Prime Leasing