SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Qarabağ Macarıstandan qələbə ilə qayıdır - VİDEO

"Qarabağ" Macarıstandan qələbə ilə qayıdır - VİDEO

  • 20 avqust 2025, 00:54

Ağdamın "Qarabağ" klubu Macarıstandan qələbə ilə qayıdır.

Yurd.Media xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində səfərdə "Ferentsvaroş" ilə qarşılaşan "Qarabağ" 3:1 hesabı ilə qələbə qazanıb.

"Qroupama Arena"da keçirilən qarşılaşmada əvvəlcə ev sahibləri hesabı açıb - 29-cu dəqiqədə Barnabas Varqa fərqlənib.

Portuqaliyalı FIFA referisi Juan Pedru da Silva Pineyrunun idarə etdiyi matçın ikinci hissəsində gözəl oyun sərgiləyən "Qarabağ" əvvəlcə 50-ci dəqiqədə Marko Yankoviçin qolu ilə hesabı bərabərləşdirdi.

67-ci dəqiqədə Kevin Medina künc zərbəsindən sonra Azərbaycan təmsilçisini hesabda irəli çıxarıb.

85-ci dəqiqədə isə meydana yenicə daxil olan Musa Qurbanlı  "Ferentsvaroş"un qapısından üçüncü qolu keçirib.

Prime Leasing