UEFA Çempionlar Liqasının pley-offunda keçiriləcək “Ferentsvaroş” (Macarıstan) – “Qarabağ” oyununun hakimləri müəyyənləşib.
Yurd.Media xəbər verir ki, matçı Portuqaliyadan olan hakimlər briqadası – baş hakim Juan Pedru da Silva Pineyru, köməkçiləri Brunu Migel Alveş Jezuş və Lusiano Antonio Qomeş Maya idarə edəcəklər.
Dördüncü hakim Klaudiu Filipe Ruivo Pereyra, VAR-da isə Tyaqu Brunu Lopes Martinş olacaq.
Qeyd edək ki, “Ferentsvaroş” -“Qarabağ” oyunu avqustun 19-da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.