SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
“Qarabağ” Çempionlar Liqasının “pley-off”una çıxıb

“Qarabağ” Çempionlar Liqasının “pley-off”una çıxıb

  • 12 avqust 2025, 23:20

Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Yurd.Media xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi "Qarabağ" da cavab matçında Bakıda "Şkendiya"nı qəbul edib. Görüşü niderlandlı referi Denni Makkeli idarə edib.

Matç Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatıb. 

Beləliklə, bu qələbə sayəsində “Qarabağ” tarixində 4-cü dəfə Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb. Ağdam təmsilçisi daha əvvəl 2017/18, 2022/23 və 2024/25 mövsümlərində də ÇL-də “pley-off”da oynamışdı.

Eyni zamanda bugünkü qələbə ilə Qurban Qurbanovun komandası Avropa Liqasının Liqa mərhələsini təmin edib.

"Pley-off"da "Qarabağ"ın rəqibi "Ferensvaroş" (Macarıstan) - "Ludoqorets" (Bolqarıstan) cütünün (ilk oyun 0:0) qalibi olacaq.

Bu cütün məğlubu isə Avroliqanın pley-offunda “Şkendiya” ilə qarşılaşacaq.

12 avqust

UEFA Çempionlar Liqası

3-cü mərhələ, cavab oyunu

20:00. “Qarabağ” (Azərbaycan) - “Şkendiya” (Şimali Makedoniya) - 5:1 

Qollar: Tamba, 10 (0:1), Keyk, 16 - avtoqol (1:1), Kadi Borqes, 18 (2:1), Nəriman Axundzadə, 33 (3:1), Marko Yankoviç, 35 (4:1) - pen; Leandro Andrade, 59 (5:1) 

İlk oyun - 1:0

Hakimlər: Denni Makkeli, Hessel Steeqstra, Yan de Vries (Niderland) 

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Prime Leasing