SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Qarabağ Çempionlar Liqasında bu gün növbəti oyununu keçirəcək

"Qarabağ" Çempionlar Liqasında bu gün növbəti oyununu keçirəcək

  • 05 avqust 2025, 09:09

"Qarabağ" klubu UEFA Çempionlar Liqasında növbəti oyununu bu gün keçirəcək.

Yurd.Media-nın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv turnirin III təsnifat mərhələsində ilk oyununa çıxacaq.

Azərbaycan çempionu Şimali Makedoniyada yerli "Şkendiya" komandası ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Görüşün baş hakimi slovakiyalı İvan Krujlyak olacaq.

Qeyd edək ki, avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq.

Prime Leasing