SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Qarabağ Şimali Makedoniyadan qələbə ilə qayıdır

"Qarabağ" Şimali Makedoniyadan qələbə ilə qayıdır

  • 05 avqust 2025, 23:55

Ağdamın "Qarabağ" klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda "Şkendiya" (Şimali Makedoniya) ilə qarşılaşıb.

Yurd.Media xəbər verir ki, Skopye şəhərinin "Todor Proeski” stadionunda keçirilən oyunun 18-ci dəqiqəsində Toral Bayramov penalti zərbəsini qola çevirib - 1:0.

Slovakiyalı referi İvan Krujlyakın idarə etdiyi oyun "Qarabağın" minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Komandalar arasında cavab oyunu avqustun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. 

Qeyd edək ki, "Qarabağ" "Şkendiya" səddini adlasa, pley-offda “Ludoqorets” (Bolqarıstan) - “Ferentsvaroş” (Macarıstan) cütün qalibi ilə qarşılaşacaq. Uduzan tərəf isə eyni cütün məğlubu ilə UEFA Avropa Liqasının əsas mərhələsinə vəsiqə uğrunda üz-üzə gələcək.

Prime Leasing