SÜJET

Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Rusiyada azərbaycanlılara qarşı vəhşilik
“Qarabağ” UEFA Çempionlar Liqasının növbəti mərhələsində

“Qarabağ” UEFA Çempionlar Liqasının növbəti mərhələsində

  • 30 iyul 2025, 22:02

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Şelburn”a (İrlandiya) qalib gələn “Qarabağ” növbəti raunda adlayıb.

Yurd.Media xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib.

Oyunda yeganə qolu 44-cü dəqiqədə qonaqların heyətində Con Martin öz qapısına vurub. 68-ci dəqiqədə "Qarabağ"ın futbolçusu Kadi Borges əllə oyuna görə təyin edilən penaltini qola çevirə bilməyib.

Qeyd edək ki, Dublində baş tutan ilk oyunda “köhlən atlar” 3:0 hesablı qələbəyə sevinmişdi.

Beləliklə, iki görüşün nəticəsinə əsasən “Şelburn”u mübarizədən kənarlaşdıran “Qarabağ” adını III təsnifat mərhələsinə yazdırıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv pley-off mərhələsinə gedən yolda “Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya) cütünün qalibi ilə üz-üzə gələcək

Prime Leasing