SÜJET

Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Rusiyada azərbaycanlılara qarşı vəhşilik
Qarabağ - Şelburn matçına satılan biletlərin sayı AÇIQLANDI

"Qarabağ" - "Şelburn" matçına satılan biletlərin sayı AÇIQLANDI

  • 30 iyul 2025, 19:21
Bakı

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Qarabağ"la İrlandiyanın "Şelburn" komandaları arasında keçiriləcək cavab matçına bilet satışı davam edir.

Yurd.Media klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, artıq oyuna 25000 bilet satılıb.

Biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir. VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Satış məntəqələri

"iTicket.az"ın satış məntəqələri ("iTicket.az"da onlayn satış);

Park Bulvardakı "Qarabağ" FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Xatırladaq ki, "Qarabağ" səfərdəki ilk görüşdə 3:0 hesablı qələbə qazanıb. Cavab oyunu iyulun 30-u Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da başlanacaq.

Prime Leasing