SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi
Qarabağ Qəbələni,  Araz-Naxçıvan Şamaxını məğlub etdi

"Qarabağ" "Qəbələ"ni, "Araz-Naxçıvan" "Şamaxı"nı məğlub etdi

  • 21 dekabr 2025, 20:36

Azərbaycan Premyer Liqasında XVI turun daha iki oyunu keçirilib.

Günün ilk matçında "Qarabağ" "Qəbələ"nin qonağı olub.

Qarşılaşma "köhlən atlar"ın qələbəsi ilə bitib - 2:1.

Meydan sahiblərinin heyətində 6-cı dəqiqədə Prins Ovusu fərqlənib.

Ağdam klubunda 27-ci dəqiqədə Bədavi Hüseynov, 79-cu dəqiqədə Marko Yankoviç adını tabloya yazdırıb.

Xallarının sayını 36-ya çatdıran "Qarabağ" hazırda liderdir. "Qəbələ" 8 xalla 11-cidir.

Günün ikinci matçında "Araz-Naxçıvan" "Şamaxı" ilə üz-üzə gəlib.

Qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.

Bu nəticədən sonra "Araz-Naxçıvan" 26 xalla altıncı, "Şamaxı" 20 xalla səkkizincidir.

Qeyd edək ki, XVI tura dekabrın 22-də "Sumqayıt" - "Sabah" oyunu ilə yekun vurulacaq. Daha əvvəl "Turan Tovuz" "Kəpəz"i (2:0), "Neftçi" "Karvan-Yevlax"ı (2:1) məğlub edib. "Zirə" - "İmişli" qarşılaşmasında qolsuz heç-heçə qeydə alınıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları