"Qarabağ" futbol klubu İtaliyada UEFA Çempionlar Liqasının növbəti oyununa çıxıb.
Yurd.Media xəbər verir ki, 5-ci tur çərçivəsində Neapolda "Napoli" klubu ilə qarşılaşan Azərbaycan çempionu 0:2 hesabı ilə məğlub olub.
"Stadio Diego Armando Maradona" stadionunda keçirilən matçın ilk hissəsi qolsuz bərabərliklə yekunlaşıb.
Qarşılaşmanı idarə edən Polşadan olan FIFA referisi Şimon Marçinyak ikinci hissədə Ağdam təmsilçisinin qapısına on bir metrlik cərimə zərbəsi təyin edib. "Qarabağ"ın qapıçısı Mateuş Koxalski isə Rasmus Hoylunnun zərbəsini dəf edib.
Lakin 66-cı dəqiqədə Skott Maktominey adını tabloya yazdırıb - 1:0.
72-ci dəqiqədə Ağdam təmsilçisinin heyətində Marko Yankoviç avtoqol müəllifi olub - 2:0.