Azərbaycan Premyer Liqasında 32 tur çərçivəsində bu gün daha 2 qarşılaşma baş tutacaq.
Yurd.Media xəbər verir ki, "Qarabağ" doğma meydanda "İmişli"ni qəbul edəcək. Saat 17:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanı Əmin Əliyev idarə edəcək.
"Turan Tovuz" isə səfərdə "Şamaxı"ya qarşı oynayacaq. Rəvan Həmzəzadənin idarə edəcəyi görüş Şamaxı şəhər stadionunda saat 17:00-da start götürəcək.
Qeyd edək ki, tura mayın 17-də yekun vurulacaq.