SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Qarabağ - Ferentsvaroş oyunu fransalı hakimlərə tapşırıldı

"Qarabağ" - "Ferentsvaroş" oyunu fransalı hakimlərə tapşırıldı

  • 25 avqust 2025, 13:22

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) oyununun hakimləri bəlli olub.

Yurd.Media xəbər verir ki, Bakıda keçiriləcək qarşılaşmanı Fransadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi FIFA referisi Kleman Tyurpen olacaq. Ona bu oyunda Nikolya Danos və Aleksis Auqer kömək edəcəklər.

Qeyd edək ki, avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ferentsvaroş" görüşü saat 20:45-də başlayacaq. 

Prime Leasing