Azərbaycan çempionunun Avropanın ən nüfuzlu turnirində qələbə marşı davam edir.
Yurd.Media xəbər verir ki, Bakıda "Qarabağ" və Danimarkanın "Kopenhagen" komandaları UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda qarşılaşıblar.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunun 28-ci dəqiqədə Abdullah Zubir "Qarabağ" komandasını hesabda irəli çıxarıb.
Niderlanddan olan FIFA referisi Serdar Gözübüyükün idarə etdiyi oyunun 83-cü dəqiqəsində Emmanuel Addai baxımlı qola imza ataraq Azərbaycan təmsilçisinin növbəti qələbəsini təmin etdi.
Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin I turunda Portuqaliyada "Benfika"ya qalib gəlib - 3:2. Beləliklə "Qarabağ" 6 xal toplayaraq qitənin ən nüfuzlu turnirində "Bavariya", "Real Madrid" və "İnter"lə bərabər maksimum nəticə göstərən klublardan biri oldu.