SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Qadın şahmatçılarımız dünya çempionatının YARIMFİNALINDA

Qadın şahmatçılarımız dünya çempionatının YARIMFİNALINDA

  • 22 noyabr 2025, 11:04

Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində təşkil olunan dünya çempionatında yarımfinala yüksəlib.

Yurd.Media xəbər verir ki, 1/4 finalda Gürcüstanla qarşılaşan yığma ilk görüşdə 2:2 hesablı heç-heçəyə razılaşıb.

Növbəti dueldə 2,5:1,5 hesablı qələbəyə sevinən təmsilçilərimiz yarımfinala adlayıblar.

Qeyd edək ki, millinin heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva yer alıb. Komandanın kapitanı İlahə Qədimovadır.

Dünya çempionatı noyabrın 23-də başa çatacaq.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları