SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Premyer Liqada iki oyuna cəmi iki qol vuruldu

Premyer Liqada iki oyuna cəmi iki qol vuruldu

  • 28 noyabr 2025, 21:56

Azərbaycan Premyer Liqasının XIII turu çərçivəsində "Zirə" səfərdə "Kəpəz"lə, "Neftçi" isə səfərdə "Turan Tovuz"la qarşılaşıb.

Yurd.Media xəbər verir ki, turun açılış görüşündə "Zirə" səfərdə "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəlib. 

"Zirə"nin heyətində Leroy Mikels (62-ci dəqiqə) və İssa Cibrilia (84) fərqləniblər.

Bu nəticədən sonra "Zirə" 26 xalla turnir cədvəlinin ikinci pilləsində yer alıb. 6 xala malik "Kəpəz" onuncudur.

Tovuz şəhər stadionunda baş tutan oyunda isə hesab açılmayıb.

24 xalı olan "Turan Tovuz" turnir cədvəlində üçüncü sırada yer alıb. "Neftçi" isə 16 xalla yeddincidir.

Tura noyabrın 30-da yekun vurulacaq.

Prime Leasing
SPE Annual Caspian