SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Premyer Liqada iki oyun keçiriləcək

Premyer Liqada iki oyun keçiriləcək

  • 13 sentyabr 2025, 09:17

Bu gün Azərbaycan Premyer Liqasında IV turun daha iki oyunu keçiriləcək.

Yurd.Media xəbər verir ki, ilk olaraq "Sumqayıt" "İmişli"nin qonağı olacaq.

Qarşılaşma saat 16:30-da start götürəcək. "Gənclik şəhəri" təmsilçisi 7 xalla üçüncü, meydan sahibləri 4 xalla altıncı pillədə qərarlaşıb.

Günün ikinci matçında "Turan Tovuz" "Qəbələ" ilə üz-üzə gələcək. Bu görüş saat 19:00-da başlayacaq. Tovuz klubu 6 xalla dördüncü, "qırmızı-qaralar" 1 xalla on birinci sıradadır.

Qeyd edək ki, ötən gün "Araz-Naxçıvan" "Kəpəz"i iki cavabsız qolla üstələyib. "Qarabağ" - "Zirə" oyununda qalib müəyyənləşməyib - 1:1. Tura sentyabrın 14-də yekun vurulacaq.

Prime Leasing