Azərbaycan Premyer Liqasında bu gün XII tura yekun vurulacaq.
Yurd.Media xəbər verir ki, turun son günündə 2 qarşılaşma baş tutacaq.
"Sabah" evdə "Şamaxı"nı qəbul edəcək. "Sabah" hazırda 21 xalla turnir cədvəlinin 4-cü pilləsindədir. 13 xala malik bölgə təmsilçisi isə səkkizincidir.
Turun son görüşü "Palms Sport Arena"da keçiriləcək. "Neftçi" evdə "İmişli" ilə üz-üzə gələcək. 15 xala malik paytaxt təmsilçisi turnir cədvəlinin 7-ci pilləsindədir. "İmişli" isə 12 xalla 9-cu yerdədir.
Qeyd edək ki, turun daha öncə keçirilən görüşlərində "Kəpəz" "Karvan-Yevlax"ı (2:1), "Qarabağ" "Sumqayıt"ı (4:2), "Zirə" "Qəbələ"ni (1:0) məğlub edib. "Araz-Naxçıvan" - "Turan Tovuz" görüşü isə heç-heçə nəticələnib - 1:1.