SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
PFL prezidenti uzun müddətdən sonra mükafatlandırmaya qatıla bilər

PFL prezidenti uzun müddətdən sonra mükafatlandırmaya qatıla bilər

  • 29 may 2025, 16:46

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov uzun müddətdən sonra mükafatlandırılma mərasimində iştirak edə bilər.

Yurd.Media xəbər verir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, 51 yaşlı funksionerin Azərbaycan Kubokunun “Qarabağ” - “Sabah” arasında keçiriləcək final oyunundan sonra kubok və medalları şəxsən təqdim edəcəyi gözlənilir.

Artıq onun müntəzəm işə çıxdığı bildirilir. Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da aldığı məlumata əsasən, oyundan öncə keçirilən mətbuat konfransında söyləyib.

PFL-in Media və Marketinq Departamentinin direktoru Sənan Abdullayev Teleqraf-a açıqlamasında Elxan Səmədovun mükafatlandırmada iştirak məsələsinə mayın 30-da aydınlıq gələcəyini söyləyib.

Qeyd edək ki, Elxan Səmədov 2023-cü ilin dekabrın 16-sı bir qrup PFL əməkdaşı ilə Xankəndiyə gedərkən Ağdam rayonu ərazisində ağır qəza keçirib.

Prime Leasing