SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
“Kəpəz” “Neftçi”ni, “Araz-Naxçıvan” “Zirə”ni qəbul edir

“Kəpəz” “Neftçi”ni, “Araz-Naxçıvan” “Zirə”ni qəbul edir

  • 23 may 2026, 10:27
Sumqayıt

Azərbaycan Premyer Liqasında 33-cü turun növbəti oyunları keçiriləcək.

Yurd.Media xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Kəpəz" və "Neftçi" qarşılaşması saat 15:00-da start götürəcək. Bakı təmsilçisi 56 xalla dördüncü, Gəncə klubu 27 xalla onuncu pillədə qərarlaşıb.

Günün ikinci matçında "Araz-Naxçıvan" və "Zirə" münasibətlərə aydınlıq gətirəcəklər. Sumqayıtdakı "SOCAR Polymer Arena"dakı görüş saat 19:00-da başlayacaq. "Zirə" 53 xalla beşinci, Naxçıvan komandası 43 xalla altıncı sıradadır.

Xatırladaq ki, Misli Premyer Liqasında mövsümə mayın mayın 24-də, "İmişli" - "Karvan-Yevlax" oyunu ilə yekun vurulacaq. Daha əvvəl sonuncu turda "Qəbələ" "Şamaxı"nı (3:1), "Sabah" "Turan Tovuz"u (2:1), "Qarabağ" "Sumqayıt"ı (4:3) məğlub edib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları