SÜJET

Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi Süni intellekt
“Neftçi” UEFA Konfrans Liqasına vəsiqə qazandı

“Neftçi” UEFA Konfrans Liqasına vəsiqə qazandı

  • 17 may 2026, 20:34

Azərbaycan Premyer Liqasının 32-ci turunda “Neftçi” və “Sabah” komandaları qarşılaşıblar.

Yurd.Media xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən qarşılaşma “ağ-qaralar”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Baş hakim Kamal Umudlunun idarə etdiyi görüşdə “bayquşlar”ın qollarını Aleksey İsayev (3-cü dəq.); Flaqmanının heyətində isə Andrey Ştoqrin (9-cu dəq.) və İfeanyi Metyu (70-ci dəq.) fərqləniblər.

Qarşılaşmanın 84-cü dəqiqəsində Coy-Lens Mikels kobud qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alıb və komandasını azlıqda buraxıb.Beləliklə, Yuri Vernidubun komandası xallarını 56-ya çatdıraraq 4-cü pillədə mövsümün sonuna bir tur qalmış UEFA Konfrans Liqasına vəsiqəni təmin edib.

Qeyd edək ki, görüşdən sonra Premyer Liqada çempion olan Masazır təmsilçisinin mükafatlandırma mərasimi keçiriləcək.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları