Bugün Nazirlər Kabinetinin üzvləri ilə Milli Məclisin deputatları arasında futbol üzrə yoldaşlıq oyunu keçirildi.
Yurd.Media xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan IV minifutbol turniri davam edir.
Turnir çərçivəsində yoldaşlıq oyununda “Parlament” və “Hökumət” komandaları üz-üzə gəlib.
Bakı Tennis Akademiyasında baş tutan qarşılaşma 6:6 hesablı bərabərliklə yekunlaşıb.
Qeyd edək ki, Nazirlər kabineti komandasında Elm və Təhsil naziri Emin Əmrullayev, Gənclər və İdman naziri Fərid Qayıbov, Minifutbol federasiyasının prezidenti Orxan Məmmədov, Milli Məclisdə isə Vüqar Bayramov çıxış edirdi.


”Hökumət” komandası
1. Fərid Qayıbov
2. Elçin Quliyev
3. Orxan Məmmədov
4. Şahin Bağırov
5. Ramin Məmmədov
6. Fuad Muradov
7. Azər Mursaqulov
8. Emin Əmrullayev
9.Vüqar Əhmədov
10. Fuad Nağıyev
“Parlament” komandası
1. Şahin İsmayılov
2. Azər Əmiraslanov
3. Zaur Şükürov
4. Ramid Namazov
5. Vüqar Bayramov
6. Müşfiq Cəfərov
7. Məzahir Əfəndiyev
8. Nurlan Həsənov
9. Emin İmanov
10. Samir Vəliyev.