SÜJET
Gənclər və idman naziri Fərid Qayıbov III MDB Oyunlarına hazırlıq işləri çərçivəsində Göygöl Olimpiya İdman Kompleksinə baxış keçirib.
Yurd.Media xəbər verir ki, nazir burada aparılan təmir-bərpa işlərinin mövcud vəziyyəti ilə yerində tanış olub, görülən işlərin hazırkı vəziyyəti və keyfiyyəti barədə ətraflı məlumat alıb.
Nazir həmçinin Gəncə şəhər stadionunun inşası ilə də maraqlanıb. Tikinti sahəsinə baxış zamanı layihənin icra vəziyyəti, texniki göstəricilər və nəzərdə tutulan işlərin icra qrafiki müzakirə olunub.