Lerikli gənc döyüşçünün film səhnələrində gördüyümüz məharəti - VİDEO

Lerikli gənc döyüşçünün film səhnələrində gördüyümüz məharəti - VİDEO

Lerik

Sosial şəbəkələrdə yayılan bu görüntülər hər hansı xarici filmdən yox, Azərbaycanın cənub bölgəsindən – Lerikdəndir.

Videoda döyüş bacarığı ilə heyranlıq doğuran idmançı Xəyyam Abayev yer alır.

Yurd.Media xəbər verir ki, o, hazırda döyüş idman növündə öz imzasını atmaq yolundadır.

Xəyyamın texnikası, çevikliyi və peşəkarlığı sosial şəbəkələrdə izləyicilərin böyük marağına səbəb olub. Onun məşqçisi isə atası Rizvan Ağayevdir.