SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Kəpəz Sumqayıtı, Araz-Naxçıvan İmişlini qəbul edir

"Kəpəz" "Sumqayıt"ı, "Araz-Naxçıvan" "İmişli"ni qəbul edir

  • 02 may 2026, 15:44

Azərbaycan Premyer Liqasında 30-cu tura bu gün start veriləcək.

Yurd.Media xəbər verir ki, birinci oyun günündə iki matç keçiriləcək.

İlk olaraq "Sumqayıt" "Kəpəz"in qonağı olacaq. Yevlax şəhər stadionundakı qarşılaşma saat 16:00-da start götürəcək. "Gənclik şəhəri" təmsilçisi 38 xalla yeddinci, Gəncə klubu 21 xalla onuncu pillədə qərarlaşıb.

Saat 18:30-da "Araz-Naxçıvan" və "İmişli" komandaları münasibətlərə aydınlıq gətirəcəklər. Görüş Sumqayıtdakı "SOCAR Polymer Arena"da baş tutacaq. Naxçıvan təmsilçisi 40 xalla altıncı, qonaqlar 29 xalla doqquzuncu sıradadır.

Xatırladaq ki, tura mayın 4-də yekun vurulacaq.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları