SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Qeyri-sabit hava Böyük Qayıdış Süni intellekt Kiberdələduzluq
Kəpəz komandasının baş məşqçisi istefa verdi

"Kəpəz" komandasının baş məşqçisi istefa verdi

  • 25 may 2025, 20:37
Gəncə

"Kəpəz" komandasının baş məşqçisi Azər Bağırov istefa verib.

Yurd.Media xəbər verir ki, bu barədə 41 yaşlı mütəxəssis Azərbaycan Premyer Liqasının 36-cı turunda səfərdə "Turan Tovuz"a 0:4 hesabı ilə məğlub olduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, görüşün nəticəsinin əvvəlcədən bəli olduğunu söyləyib: "Rəqibi təbrik edirəm. İnanıram ki, çəkilən əziyyət yerdə qalmayacaq".

Bağırov rəhbərliklə istəklərinin fərqli olduğunu bildirib: "Ötən gün futbolçularla görüş oldu. Bu görüşün neqativ tərəfləri bu gün meydanda görünürdü. Bəzi məsələlərdə razılaşa bilmədik. İkitərəfli razılıq əsasında yollarımızı ayırmağa qərar verdik. Mənim də istəklərim, iddialarım, baxışlarım fərqlidir. Yeni rəhbərlik tam başqa cür düşünür. Futbolda belə şeylər olur və olacaq da. Biz isə daha da güclü olmalıyıq".

Qeyd edək ki, "Kəpəz" bu mövsüm Azərbaycan Premyer Liqasını 10 komanda arasında 9-cu pillədə başa vurdu.