SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
İmişli klubu niyə öz rayonunda oynaya bilmir? - VİDEO

"İmişli" klubu niyə öz rayonunda oynaya bilmir? - VİDEO

İmişli

"İmişli" Futbol Klubunun öz rayonunda yox digər bölgələrdə oynaması problem olaraq qalır. Bu halda bölgə futbolunun inkişafı yüksək hesab edilə bilməz.

Bu fikirləri deputat Razi Nurullayev Yurd.Media-nın baş redaktoru Murad Əliyevin təqdimatında “Yurddaş” verilişində müsahibəsində  səsləndirib.

Deputat qeyd edib ki, komanda ona ayrılan diqqəti doğruldub:

"Mən konkret olaraq futbol mütəxəssisi deyiləm, sadəcə bu mövzu ilə bağlı öz mövqeyimi bildirə bilərəm. İmişliyə futbolun qaytarılmasında mənim rolum olub. İmişli komandası özünü doğrultdu. İndi bu barədə hansı qərarlar verilibsə, ona qarışmaq olmaz. Futbolun da öz standartları var. İmişli də bu standartlardan düzgün  istifadə etməyi bacardı. Gələcəkdə İmişli daha yüksək yerlərə nail olanda, ora maliyyə vəsaiti ayıran şəxslər tapılacaq".

Razi Nurullayev qeyd edib ki, futbol bir biznesdir:

"Ona sosial layihə kimi yanaşmaq olmaz. Futbol biznesinin özünün də sahibkarları var".

"İmişli" klubu niyə öz rayonunda oynaya bilmir? - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları