SÜJET

Qeyri-sabit hava Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
İki ildir stadionsuz qalan Kəpəz klubu doğma meydanına nə zaman qayıdacaq?

İki ildir stadionsuz qalan "Kəpəz" klubu doğma meydanına nə zaman qayıdacaq?

  • 14 may 2025, 17:43
Gəncə

Təxminən iki ildən çoxdur ki, stadionsuz qalan, bir mövsümü Qəbələ şəhər stadionunda, bir mövsümü isə Tovuz şəhər stadionunda keçirən "Kəpəz"in doğma meydanda azarkeşləri önünə çıxacağı tarix hələ də bəlli deyil.

Yurd.Media xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, Gəncə şəhər stadionu III MDB Oyunlarına kimi hazır vəziyyətə gətiriləcək. Lakin III MDB Oyunları başa çatdıqdan sonra ot örtüyünün hansı vəziyyətdə olacağı bəlli deyil. Əgər ot örtüyü yararsız vəziyyətə düşərsə, bərpa prosesi minimum 2026-cı ilin əvvəlinə kimi uzanacaq.

Bu səbəbdən "Kəpəz" klubu özünə yeni stadion axtarmalı olacaq.

2024/25 mövsümünü Tovuz şəhər stadionunda keçirən Gəncə təmsilçisi isə "Turan Tovuz" klubu avrokuboklara vəsiqəni təmin edəcəyi təqdirdə stadionun təbii ot örtüyünə keçirilməsi prosesinə başlasa, özünə yeni meydança tapmalı olacaq. "Kəpəz"lə yanaşı, elə "Turan Tovuz" klubu da yeni mövsüm üçün stadion axtarışlarına başlayacaq.

Bu mövzu ilə bağlı "Qəbələ" futbol klubuna sorğu ünvanladıq. "Qəbələ" klubunun idman direktoru Səbuhi Səfiyarlı isə cavab olaraq bildirib ki, məsələ ilə bağlı heç bir müraciət olunmayıb.

"Bizə bu məsələ ilə bağlı heç bir rəsmi müraciət olunmayıb. Klubların hansısa müraciət ünvanlayacağı təqdirdə məsələni düşünərik", - deyə S.Səfiyarlı bildirib.

Əgər "Qəbələ" klubu rəqiblərinin təklifini qəbul edəcəyi təqdirdə isə bir stadionda üç komanda ev oyunlarını keçirməli olacaq. Təbii örtüklü stadionun isə bu qədər ev oyununa sahiblik etməsi mümkün görünmür. Belə olan halda isə "Turan Tovuz" klubu ilə "Kəpəz" stadionsuz qalacağı təqdirdə yeni variantlar axtarmalı olacaq.