Gəncənin “Kəpəz” klubu bu il Premyer Liqada çempionluğunu təmin etmiş "Sabah"ı məğlub edib.
Yurd.Media xəbər verir ki, Azərbaycan Premyer Liqasının 31-ci turunda “Sabah” və “Kəpəz” komandaları üz-üzə gəlib.
“Bank Respublika Arena”da keçirilən qarşılaşmada Gəncə təmsilçisi Masazır klubunu 1:0 hesabı ilə məğlub edib.
Oyunda yeganə qolu 46-cı dəqiqədə Rəham Hacıyev vurub. Buna qədər yalnız III turda “İmişli”yə uduzan (0:1) “bayquşlar” ikinci məğluniyyətini yaşayıb.
Bu nəticədən sonra xallarını 27-yə çatdıran Azər Bağırovun komandası turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. Daha əvvəl çempionluğu təmin edən Valdas Dambrauskasın rəhbərlik etdiyi “Sabah”ın isə 75 xalı var.
Qeyd edək ki, günün ilk matçında “İmişli” ilə “Zirə” qolsuz bərabərə qalıb. Tura mayın 10-da yekun vurulacaq.