SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Futbolda YENİ QAYDA: İyulun 1-dən tətbiq olunacaq

Futbolda YENİ QAYDA: İyulun 1-dən tətbiq olunacaq

  • 03 iyun 2025, 17:49

Futbol Assosiasiyalarının Beynəlxalq Şurası (IFAB) onbirmetrlik zərbə ilə bağlı yeni qaydanı təsdiqləyib.

Yurd.Media xəbər verir ki, əgər cərimə zərbəsini yerinə yetirən şəxs bilmədən topa iki dəfə toxunarsa (məsələn, sürüşmə səbəbindən top dayaq ayağından sıçrayırsa) və top qapıya daxil olarsa, zərbə təkrarən yerinə yetirilməlidir.

Yeni qayda 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək.

Əgər oyunçu belə 11 metrlik zərbəni vura bilmirsə, hakim müdafiə olunan komandaya birbaşa fayda verməyən hərəkət olduğu təqdirdə birbaşa olmayan cərimə zərbəsi təyin etməlidir. Penalti matçın əlavə vaxtında verildiyi zaman ikili toxunuş qeydə alınarsa, penalti reallaşdırılmamış hesab ediləcək.

Əgər oyunçu penalti icra edərkən qəsdən topa hər iki ayağı ilə toxunursa və ya başqa bir oyunçu toxunmazdan əvvəl ikinci dəfə topa toxunursa, birbaşa cərimə zərbəsi təyin ediləcək. Penalti seriyasında belə cəhd reallaşdırılmamış hesab ediləcək.

Onbirmetrlik cərimə futbolçunun öz cərimə meydançasında edə biləcəyi qayda pozuntularına, məsələn, meydan oyunçusunun əlləri ilə topa toxunması, rəqibə qarşı kobud davranması və s. görə təyin edilir.

Penalti zərbəsi yerinə yetirildikdə rəqibin qapıçısı qapı xəttində dayanmalı, qalan oyunçular isə cərimə meydançasından kənarda olmalıdırlar.

Prime Leasing