SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Çempionlar Liqası: Qarabağ səfərdə Şelburna böyük hesabla qalib gəlib

Çempionlar Liqası: "Qarabağ" səfərdə "Şelburn"a böyük hesabla qalib gəlib

  • 24 iyul 2025, 00:39

"Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda səfərdə İrlandiya təmsilçisi "Şelburn"a böyük hesabla qalib gəlib.

Yurd.Media xəbər verir ki, Dublindəki “Tolka Park” arenada baş tutan görüşdə Ağdam kollektivi 3:0 hesablı qələbəyə sevinib.

"Köhlən atlar"ın heyətində Leandro Andrade (13), Aleksey Kaşuk (81) və Nəriman Axundzadə (85) fərqləniblər.

Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 30-da Bakıda keçiriləcək. Növbəti tura adlayan tərəf III təsnifat mərhələsində “Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya) cütünün qalibi ilə üz-üzə gələcək.

Prime Leasing