SÜJET
Şəki, Qəbələ, Gəncə və Göygöl Olimpiya İdman Komplekslərində, eləcə də Mingəçevir Kür Olimpiya İdman Tədris Mərkəzində təmir işlərinə start verilir.
"Yurd.Media"nın əldə etdiyi məlumata görə, Gənclər və İdman Nazirliyi bununla bağlı müvafiq hazırlıqları yekunlaşdırıb.
Belə ki, nazirlik təmir işlərini həyata keçirəcək tikinti şirkətləri ilə müqavilələr bağlayıb. Müqavilələrə əsasən, OİK-lərdə təmir işləri 33 milyon manata başa gələcək.