SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Bu il Tovuzda Avrokubok oyunları keçiriləcək

Bu il Tovuzda Avrokubok oyunları keçiriləcək

  • 25 may 2026, 22:38
Tovuz

"Turan Tovuz" bu il Avrokubok oyununu doğma şəhərdə keçirə bilər.

Yurd.Media xəbər verir ki, UEFA stadion inspektoru Skott Struters, AFFA-nın İnfrastruktur Departamentinin direktoru Fuad Cəfərov və Futbol İnfrastruktur Layihələri şöbəsinin rəisi Sabir İsmayılov "Turan Tovuz"un nümayəndələri ilə birlikdə Tovuz şəhər stadionunda baxış keçiriblər.

Baxış zamanı stadionun UEFA-nın 2-ci kateqoriya tələblərinə uyğunlaşdırılması ilə bağlı mühüm məqamlar müzakirə olunub.

Yekunda stadionun bu kateqoriyaya yiyələnməsi üçün tələb olunan şərtlər, həmçinin yerinə yetirilməli tapşırıq və tövsiyələr klub nümayəndələrinin diqqətinə çatdırılıb.

Daha sonra keçirilən iclasda stadionun beynəlxalq standartlara tam cavab verməsi üçün görüləcək işlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Stadionda həyata keçirilən yenidənqurma və təkmilləşdirmə işləri müsbət qiymətləndirilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları