Bakıda "Formula 2" yarışı "Art Grand Prix" komandası üçün uğurlu oldu.
Yurd.Media xəbər verir ki, Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sərbəst yürüş başa çatıb.
"Art Grand Prix" komandasından Kuş Maini ən yaxşı nəticəni göstərib. "Rodin Motorsport"dan Aleks Dann ikinci, "Campos Racing"dən Nikola Tsolov üçüncü olub.