SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Bakıda 30-60 yaşlı qadınlar üzgüçülük yarışında

Bakıda 30-60 yaşlı qadınlar üzgüçülük yarışında

  • 04 iyun 2025, 19:03
Bakı

Bakıda Su İdmanı Sarayında Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin idmançılarının iştirakı ilə “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Yurd.Media xəbər verir ki, bu gün yarışlarda 30–34, 35–39, 40–44, 45–49, 50–54, 55–59, 60 və yuxarı yaş qruplarından olan iştirakçılar öz bacarıqlarını nümayiş etdirirlər.

İyunun 5-də 9 yaşdan kiçiklər, 9–10, 11–12, 13–14, 15–16, 17–19, 20–24 və 25–29 yaş qruplarını təmsil edən üzgüçülər mübarizə aparacaqlar.

Layihənin məqsədi üzgüçülüyün kütləviliyini artırmaq, sağlam həyat tərzini təşviq etmək və iştirakçı ölkələr arasında dostluq əlaqələrini möhkəmləndirməkdir.

Prime Leasing