SÜJET

Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi Süni intellekt
Azərbaycanın zorxana idman növü beynəlxalq festivalda

Azərbaycanın zorxana idman növü beynəlxalq festivalda

  • 16 may 2026, 09:03

Bu il Türkiyədə səkkizincisi təşkil olunacaq Etnosport Mədəniyyət Festivalında Azərbaycan zorxana idman növü ilə təmsil olunacaq.

Yurd.Media "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə festivalın tanıtım toplantısında çıxış edən Beynəlxalq Etnosport Konfederasiyasının prezidenti Nəcməddin Bilal Ərdoğan məlumat verib.

"Müxtəlif millətlərdən bir çox iştirakçının öz mədəniyyətlərini sərgiləmələrinə imkan tanıyan festivalımız hər il qonaq ölkələrin ənənəvi idmanlarını, fərqli dəyərlərini ön plana çıxarır. Bu ilin qonaq ölkələri Azərbaycan, Litva və Rusiyadır", - konfederasiya prezidenti vurğulayıb.

Qeyd edək ki, VIII Etnosport Mədəniyyət Festivalı 21-24 may tarixləri aralığında İstanbul Atatürk Hava Limanında təşkil olunacaq.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları