"Sabah" futbol klubu tarixində ikinci dəfə Azərbaycan Kubokunu qazanıb.
Yurd.Media xəbər verir ki, Bakıda "Palms Sports Arena"da Azərbaycan Kubokunun finalında "Sabah" və "Zirə" komandaları qarşılaşıb.
Oyunun 4-cü dəqiqəsində Eren Aydın "Zirə"ni hesabda irəli çıxarıb.
FIFA referisi Elçin Məsiyev idarə etdiyi oyunun birinci hissəsi bu hesabla yekunlaşıb.
70-ci dəqiqədə Patrik Mbina dəqiq zərbə ilə hesabı bərabərləşdirib. 90+1-ci dəqiqədə isə Coy Lens Mikels "Sabah"ın qələbə qolunu vurub.