Azərbaycanın sənaye şəhərlərindən futbol yalnız Sumqayıtda qalıb.
Bunu futbol üzrə Azərbaycan milli yığmasının kapitanı olmuş Tərlan Əhmədov Yurd.Media-nın baş redaktoru Murad Əliyevin təqdimatında "Yurddaş" verilişində müsahibəsində səsləndirib.
Onun sözlərinə görə, Mingəçevir və Şirvan kimi sənaye şəhərlərində futbol inkişaf etdirilmir:
"Şirvanda stadion tikintisi planlaşdırıldı, o da yarımçıq qaldı, indi heç yaxınlaşan yoxdur. Yerli futbolçular Şirvan Olimpiya Kompleksində yaradılan meydançada məşq edirlər".
Veteran futbolçu vurğulayıb ki, əvvəllər bir çox istedadlı oyunçular yetişmiş bölgələrdə bugün fiasko yaşanır:
"2000-ci illərdən sonra bölgələrdə futbol məktəbləri demək olar ki dayandırıldı. O da bizim istedadlı futbolçu tapmağımıza mənfi təsir göstərdi".