Azərbaycan öz idman tarixində ilk deflimpiya medalını qazanıb.
Yurd.Media xəbər verir ki, medalı Yaponiyada keçirilən “XXV Yay Deflimpiya Oyunları”nda cüdo yarışlarında 60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Coşqun Əliyev qazandırıb.
Cüdo yarışlarının ilk günündə tatami üzərinə çıxan deflimpiyaçımız əvvəlcə 1/8 finalda Cənubi Koreyadan Çoi Junho, 1/4 finalda xorvatiyalı Tonzetiç Yosipi, yarımfinalda isə Niderlanddan olan Vesteroff Albert Gerhardua Hendrikə qalib gələrək finala yüksəlib.
Həlledici mərhələdə Coşqun Əliyev rəqibi braziyalı Dantas Pedroya məğlub olsa da, Azərbaycan tarixində ilk dəfə olaraq Deflimpiya Oyunlarında gümüş medal qazanan deflimpiyaçı kimi tarixə düşüb.

Qeyd edək ki, deflimpiya hərəkatı eşitmə məhdudiyyətli şəxslər arasında idmanın inkişafına xidmət edir.
Deflimpiya Oyunları dünyanın ikinci ən qədim beynəlxalq çoxnövlü idman tədbiridir.