Azərbaycan Premyer Liqasının X turunda "Zirə" "Karvan-Yevlax"a qalib gəlib.
Yurd.Media xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən oyun Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektivin 3:2 hesablı üstünlüyü ilə bitib.
Bölgə təmsilçisinin qollarını İmani Barker (29) ilə Kayl Spens (62) vurublar. "Qartallar"ın heyətində isə Brahim Konate (57), Leroy Mikels (74) və Ayron Qomis (87) dəqiq zərbə müəllifi olublar.
"Zirə" 19 xalla turnir cədvəlində ikinci sırada yer alıb. "Karvan-Yevlax" isə 5 xalla onbirincidir.
Daha sonra "Neftçi" "Kəpəz"lə qarşılaşıb.
"Palms Sports Arena"da keçirilən oyunda ev sahibləri 5:1 hesablı qələbəyə sevinib.
"Ağ-qaralar"ın qollarını Emin Mahmudov (19-pen), Vensan Abubakar (23), Bassalo Sambo (74, 86) və Freddi Varqas (90+1) vurublar. Qonaqlardan isə Sadiq Şəfiyev (77) fərqlənib.
Turnir cədvəlində "Neftçi" 15 xalla altıncıdır. 3 xalı olan "Kəpəz" isə, sonuncu - onikincidir.
Qeyd edək ki, turun əvvəlki oyununda "Qarabağ" "İmişli"ni 2:0 hesabı ilə məğlub edib.