SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Qeyri-sabit hava Böyük Qayıdış Süni intellekt Kiberdələduzluq
Azərbaycan Premyer Liqasında mövsümə yekun vurulur

Azərbaycan Premyer Liqasında mövsümə yekun vurulur

  • 25 may 2025, 09:41

Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünə bu gün iki oyunla yekun vurulacaq.

Yurd.Media xəbər verir ki, əvvəlcə “Turan Tovuz” doğma meydanda “Kəpəz”lə qarşılaşacaq.

Tovuz şəhər stadionunda baş tutacaq görüş saat 17:00-da start götürəcək. Turnir cədvəlinin 4-cü pilləsində yer alan Tovuz klubunun 52 xalı var. “Kəpəz” isə 32 xalla doqquzuncu yerdədir. Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv mövsümü hazırda olduğu yerdə başa vuracaq. Gəncə təmsilçisinin isə bir pillə irəliləmək şansı var.

Mövsümün son matçı “Liv Bona Dea Arena”da “Araz-Naxçıvan”la “Zirə” arasında baş tutacaq. Oyun saat 19:30-da başlayacaq. Hazırda 71 xala malik “Zirə”nin bu matçın nəticəsindən asılı olmayaraq mövsümü ikinci yerdə bitirəcəyi dəqiqləşib. Həmçinin 58 xalla üçüncü yerdə qərarlaşan Naxçıvan təmsilçisinin də mövqeyi dəyişməyəcək.