SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Mingəçevir Premyer Liqaya çıxmaq üçün tarixi fürsətdən istifadə edə bilmədi

"Mingəçevir" Premyer Liqaya çıxmaq üçün tarixi fürsətdən istifadə edə bilmədi

  • 28 may 2026, 21:13
Sumqayıt

Gələn il Azərbaycan Premyer Liqasında iştirak edəcək sonuncu komanda müəyyənləşib.

Yurd.Media xəbər verir ki, pley-off oyununda Premyer Liqanın 11-cisi olan “Qəbələ” I Liqanı ikinci pillədə başa vuran “Mingəçevir”lə qarşılaşıb.

FIFA referisi Tural Qurbanov idarə etdiyi oyun "qırmızı-qaralar"ın qələbəsi ilə yekunlaşıb - 2:0.

Hesabı 36-cı dəqiqədə "Mingəçevir"in futbolçusu Əkbər Eyubov açıb. O, topu öz komandasının qapsına vurub. 45+5-ci dəqiqədə isə Seydina Keyta penaltini dəqiq yerinə yetirib.

Beləliklə, "Qəbələ" inamlı qələbə sayəsində Premyer Liqada yerini qoruyub. "Mingəçevir" isə I Liqada qalıb.

Qeyd edək ki, 2025/2026 mövsümündə "Qəbələ" Premyer Liqada 11-ci, "Mingəçevir" I Liqada 2-ci yeri tutub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları